Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Vətən Müharibəsində könüllü iştirak edən gənclərimizdən biri

0

  •         Vətən Müharibəsində iştirak edən Vətən oğullarından biri də Mehdi Rüstəmovdur. Rüstəmov Mehdi Qərib oğlu 1996-cı il may ayının 29-da Gəncə şəhər, Kəpəz rayon Hacıkənd qəsəbəsində anadan olub. 2004-cü ildə Xocalı rayon Kosalar kənd tam orta məktəbinə getmiş, 2015-ci ildə həmin məktəbdən məzun olmuşdur. 2015-ci ilin Astara Pedaqoji Kollecinə qəbul olub. Kollecdə 1 ay təhsil aldıqdan sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini Şərur rayonun çəkib. 2017-ci ilin mart ayında hərbi xidməti bitirdikdən sonra təhsilini davam etdirib. 2020-ci il Tovuz döyüşlərindən sonra könüllü olaraq Ordu sıralarına qatılmaq üçün müraciət edib. Oktyabrın 22-dən döyüşlərdə iştirak edib. Suqovuşan, Talış, Füzuli və Cəbrayıl uğrunda döyüşlərdə iştirak edib. Azərbaycan Respublikasının Prezidentinin 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərdiyi üçün “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.        Hal-hazırda müddətdən artıq həqiqi hərbi qulluqçu kimi Vətənə olan borcunu davam etdirən Mehdi Rüstəmovu “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildiyi üçün təbrik edir, xidməti vəzifəsində uğurlar arzulayırıq.        Allah bütün əsgər və zabitlərimizi qorusun. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib53 dəfə
    Vətən Müharibəsində könüllü iştirak edən gənclərimizdən biri

    Maraqlı gələ bilər
    175
    45
    0